Bakıda orta məktəblərdən birində kütləvi dava hadisəsi qeydə alınıb.
Report-un xəbərinə görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində 280 saylı orta məktəbdə 11-ci sinif şagirdləri arasında baş verən dava nəticəsində şagird Azər Əliyev xəsarət alıb. A.Əliyev xəstəxanaya yerləşdirilib.