Qəzada itkin düşən neftçilərin ailələri işlə təmin olunacaq
18-02-2016, 14:19
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş, vəfat etmiş şəxslərin ailə üzvlərindən biri SOCAR-da işlə təmin olunacaq. Moderator.az xəbər verir ki, bu barədə SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli deyib.
"Bu, ya həmin şəxslərin həyat yoldaşı, ya da övladı olacaq. İşə qəbul bütün müvafiq prosedurlara uyğun həyata keçiriləcək", - deyə A. Bəkirli bildirib.