Təyyarə qəzasında xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
30-12-2024, 00:03
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysinin qəzasında xəsarət alan ekipaj üzvləri “Rəşadət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.