Neftçala icra başçısından aprel şəhidi Milli Qəhrəmana hörmətsizlik
3-02-2017, 23:55
Teref. info yazır ki, aprel ayında cəbhə xəttinin Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlunun şəhid olmasının üstündən 9 ay keçməsinə baxmayaraq hələ də şəhidin ata evinin qapısına “Milli Qəhrəman Samid İmanov bu evdə yaşamışdır” adlı lövhə vurmayıb.
Maraqlıdır, icra başçısı vətən şəhidə, onun ruhuna, vətən uğrunda canını qurban vermiş qəhrəmanı yetişdirən ailəyə qarşı hansı haqla bu addımı ata bilər?
İsmayıl Vəliyev yayda soyuq, qışda isti kabinetində oturanda, övladları ölkənin və dünyanın ən gözəl yerlərində istirahət edəndə, özü isə rüşvət almaqdan başı açılmayanda, Samid İmanov vətəni qoruyur, torpaq uğrunda canını qurban verirdi.
Xatırladaq ki,cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrin təxribatının qarşısın alarkən Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlu qəhrəmancasına həlak olub.
Samit Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Rayondakı 1 saylı tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq “N” hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.
Bildirilib ki, Samit İmanov bu il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı qəbiristanlıqda torpağa tapşırılıb. Mayor Samit İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçısının Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
İnanırıq ki, teref.az-nun bu çıxışından sonra Neftçalada problemin həlli yolunda işlər görüləcək!
teref.az