Kim Çen In ABŞ və Cənubi Koreya liderləri ilə görüşməyə hazır olduğunu bəyan edib

28-03-2018, 08:34           
Kim Çen In ABŞ və Cənubi Koreya liderləri ilə görüşməyə hazır olduğunu bəyan edib
Şimali Koreya lideri Kim Çen In Pekinə səfəri zamanı ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa və bu ölkələrin liderləri ilə görüşməyə hazır olduğu bəyan edib.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kim Çen Inın Çinə qeyri-rəsmi səfəri 25-28 mart tarixlərində baş tutub.

Qeyd edək ki, bu Kim Çen Inın Şimali Koreya lideri postunda ilk xarici səfəri olub.

“KXDR Cənubi Koreya ilə əməkdaşlıq münasibətləri qurmağa, fikir ayrılıqlarını nizamlamağa və iki ölkənin sammitini keçirməyə hazırdır. KXDR ABŞ-la dialoqa hazırdır və iki ölkə arasında sammit keçirməyə hazırdır”, - deyə Kim Çen In bildirib.



Çin lideri Si Tszinpin KXDR-in Koreya probleminin nizamlanması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru