Dövlət Departamenti: Rusiya Skripala hücum təşkil etdiyini etiraf etməlidir

28-03-2018, 08:35           

ABŞ və onunla müttəfiq ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün Moskva Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripalın zəhərləndirilməsində məsuliyyət daşıdığını etiraf etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.



“Rusiya hökuməti ilə danışıqlara qapı açıqdır, lakin əgər Rusiya münasibətləri yaxşılaşdırmaq istəyirsə, ilk növbədə, bu hücuma görə məsuliyyət daşıdığını etiraf etməlidir, düşüncəsiz və aqressiv davranışa son qoymalıdır”, - deyə Xezer Nauert bildirib.



Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırır, Moskva isə bütün ittihamları rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru