Dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq oyunları keçirilib -FOTO

28-03-2018, 08:40           
Dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq oyunları keçirilib -FOTO
Dünyanın yaşıl futbol meydançalarında bir sıra yoldaşlıq oyunları keçirilib.

“Report” xəbər verir ki, günün ən gözlənilməz nəticəsi İspaniya-Argentina matçında qeydə alınıb.

Madridin "Vanda Metropolitano" stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə İsko het-trik edib.

Digər maraqlı qarşılaşma Berlinin "Olimpiaştadion" stadionunda Almaniya və Braziliya komandaları arasında baş tutub. Bu, 2014-cü il Dünya çempionatının yarımfinalında almanları cənubi amerikalıları 7:1 hesablı qələbəsindən komandaların ilk qarşılaşması idi.

Görüşdə braziliyalılar Qabriel Jesusun 37-ci dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıblar.

Günün başqa bir maraqlı matçında İngiltərə İtaliya yığması ilə üz-üzə gəlib. "Uembli" stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Beynəlxalq yoldaşlıq oyunları:

Laos 2 – 2 Banqladeş

Yaponiya 1 – 2 Ukrayna

Gürcüstan 2 – 0 Estoniya

Ermənistan 0 – 1 Litva

Rusiya 1 – 3 Fransa

İraq 1 – 1 Suriya

Burkina-Faso 0 – 2 Kosovo

AZƏRBAYCAN 1 – 1 Makedoniya

İran 2 – 1 Əlcəzair

İsveçrə 6–0 Panama

Monteneqro 2 – 2 Türkiyə

Namibiya 2 – 1 Lesoto

Seneqal 0 – 0 Bosniya və Herseqovina

Misir 0 – 1 Yunanıstan

Danimarka 0 – 0 Çili

Tunis 1 – 0 Kosta-Rika

Macarıstan 0 – 1 Şotlandiya

Sloveniya 0 – 2 Belarus

Rumıniya 1 – 0 İsveç

Lüksemburq 0 – 4 Avstriya

Belçika 4 – 0 Səudiyyə Ərəbistanı

Polşa 3 – 2 Cənubi Koreya

Nigeriya 0 – 2 Serbiya

Kolumbiya 0 – 0 Avstraliya

Mərakeş 2 – 0 Özbəkistan

İngiltərə 1 – 1 İtaliya
İspaniya 6 – 1 Argentina
Almaniya 0 – 1 Braziliya

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru