MTRŞ ANS-in videolarını niyə yayır? - Açıqlama

12-10-2015, 15:14           
MTRŞ ANS-in videolarını niyə yayır? - Açıqlama
Artıq Milli Televiziya və Radio Şurasının (MTRŞ) veriliş bağlamaq səlahiyyəti var.

Axar.az xəbər verir ki, bu barədə MTRŞ-in Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Feysbuk hesabında qeyd edib.

O, 2014-cü ilin fevralında ANS-də yayımlanan “Ağabəyovlar” teleserialında erotik səhnənin görüntülərini paylaşaraq bu sözləri yazıb:

“Bəzi insanlar və hətta bəzi ziyalılar deyirlər ki, MTRŞ ANS-i “qaralayıb”. Bunu iddia edənlərdən kimsə, əgər digər hansısa kanalda ANS-in efirində yayımlanmış paylaşdığım bu səhnələrdən daha biabırçı səhnə görübsə, orada işlədilən ədəbsiz ifadələrdən daha ədəbsiz ifadə eşidibsə, desin, biz də bilək. Bəzən deyirlər ki, digər kanallarda bayağı musiqili verilişlər baş alıb gedir, heç onlara bir söz deyən yoxdu. Axı hansısa bayağı verilişlərlə bu cür biədəb səhnələri bir tərəziyə qoymaq düzgün deyil. Sual verilir ki, niyə məhz indi bunları üzə çıxarırsız? Ona görə ki, əvvəlki dövrdə Şuranın belə hallara qarşı ciddi tədbir görmək səlahiyyəti olmayıb. Biz xəbərdarlıq edə bilərdik, bunu edirdik. Amma dəfələrlə xəbərdarlıq etsək də, nəticəsi olmurdu. İndi isə veriliş bağlamaq səlahiyyətimiz var. Bu səlahiyyətdən istifadə edəndə isə ANS bizi ona qarşı qərəzli olmaqda ittiham etməyə başladı. Həmin videoları, arayışları paylaşmaqla göstərmək istəyirik ki, ANS əvvəlki dövrlərdə də indiki kimi, elə ciddi pozuntular edib ki, digər kanallarda bu olmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.