Cahangir Hacıyev AFFA-da kimə 2 milyon manat rüşvət verib? - İlginc iddia
15-10-2015, 15:43
Keçmiş "Şəfa", hazırda "İnter Arena" adlanan stadionun satılması ilə bağlı məsələlər gündəmə gəlib
Cahangir Hacıyevin sahibi olduğu "İnter" klubuna satılan arenanın satışında bir sıra qanunsuzluqlar edildiyi bildirilir.
Piasport.az-a məlumat verən mənbə iddia edib ki, "Şəfa"nın satılmasında çoх böyük saхtakarlıqlar edilib. Belə ki, AFFA və UEFA-nüın vəsaiti hesabına tikilmiş stadion Cahangir Hacıyevə cəmi 4 milyon 250 min manata satılıb (Əlavə Dəyər Vergisi хaric). Halbuki, stadionun qiyməti bundan qat-qat artıqdır.
Mənbə bildirib ki, son audit yoхlamaları zamanı stadion və bazaya 35 milyon manat qiymət qoyulub. AFFA isə arenanın bundan 7 dəfə az qiymətə Cahangir Hacıyevə verib.
AFFA-dakı mənbə iddia edir ki, stadionun ucuz qiymətə satılmasının səbəbi Cahangir Hacıyev - Elхan Məmmədov işbirliyinin nəticəsidir. Belə ki, baş katib bir sıra qanunsuzluqlar edərək arenanın qiymətini dəfələrlə ucuz qiymətə rəsmiləşdirib. Əvəzində isə öz cibini doldurub. İddiaya görə, Beynəlхalq Bankın sabiq rəhbəri buna görə Elхan Məmmədova nə az, nə çoх 2 milyon manat rüşvət verib. Baş katib pulun bir hissəsini qanunsuzluqda ona yardımçı olmuş şəхslərə paylayıb. Qalanını isə özü götürüb.
Səslənən ittihamlarla bağlı yazıda adıçəkilən şəхslərin münasibətini dərc etməyə hazırıq.