İcra başçısından prezidentə şikayət olundu... - 10 ildir rayona rəhbərlik edir, amma...

16-10-2015, 12:20           
İcra başçısından prezidentə şikayət olundu... - 10 ildir rayona rəhbərlik edir, amma...
Ağcabədinin Afşar kəndinin sakinləri icra başçısı Şahin Məmmədovdan şikayətçidir. Qaynar.info хəbər verir ki, buna səbəb başçının kənd camaatını aldatması olub.
Belə ki, Afşar kəndində içməli su problemi var. Yolların vəziyyətindən isə danışmağa dəyməz. Qış aylarında bataqlığa çevirilən kənd yolları sakinlərin hərəkətinə imkan vermir, uşaqlar məktəbə gedə bilmir.
Şahin Məmmədov hər iki problemin tezliklə həll olunacağını bildirib. Amma 10 ildir rayona başçılıq edən icra başçısı hələ də Afşar kəndinin su və yol problemini həll edə bilməyib. Artıq o, şikayətə gedən sakinləri də qəbul etmir, qapıdan qovdurur.
Şahin Məmmədovun laqeyd münasibətindən bezən afşarlılar çıхış yolunu prezidentə şikayət etməkdə görürür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.