DYP TƏLƏBƏYƏ “AVTOBUS SÜRÜCÜSÜ” ADI İLƏ 5 CƏRİMƏ YAZDI – Azərbaycanda heyrətamiz olay + FOTOFAKT

14-02-2019, 17:41           
DYP TƏLƏBƏYƏ “AVTOBUS SÜRÜCÜSÜ” ADI İLƏ 5 CƏRİMƏ YAZDI – Azərbaycanda heyrətamiz olay + FOTOFAKT
Bu barədə Avropa.info-ya barəsində protokol tərtib edilən Zərdab rayonunun İsaqbağı kənd sakini Eminov Nurəddin Bəhlul oğlu bildirib.
N.Eminov deyib ki, 2019-cu ilin fevralın 4-də onun yaşadığı ünvana, yəni Zərdab rayonu İsaqbağı kəndinə Bakı şəhər Binəqədi rayon Polis idarəsinin DYP şöbəsindən 5 ədəd məktub daxil olub. Həmin məktublarda bildirilir ki, o, sərnişin avtobusu ilə yol hərəkəti qaydalarını pozub və cərimələri ödəməlidir.
“Mən hal-hazırda Bakı şəhərində təhsil alıram, tələbəyəm və heç əmək fəaliyyəti ilə məşğul deyiləm”, deyə o bildirib.
DYP-nin göndərdiyi protokolda qeyd edilir ki, N.Eminov onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, nəqliyyat vasitələrini idarə etmək hüququnu 6 aydan 1 ilədək məhdudlaşdırılması üçün məhkəmə orqanı qarşısında vəsatət veriləcək.
DYP həmin sənədləri baxılması üçün məhkəməyə də göndərib.
Nurəddin Eminov pozulan hüquqlarının bərpa olunmasını xahiş edir.
Maraqlısı budur ki, sürücü olmayan və avtobus idarə etməyən bu tələbənin sürücülük hüququndan məhrum edilməsinə hansı əsaslarla qərar veiləcək?
Ən qəribəsi isə odur ki, DYP “sürücü”nün hansı qaydaları “pozduğunu” və nəqliyyat vasitəsinin dövlət nömrə nişanını göstərməyib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru