Montenin kəsilməmiş başı- Miflərdən reallığa

24-10-2014, 09:10           

(Asəf Mütəllibov ekipajı ilə. Monte Melkumyanı məhf etmiş, öz BMP -si vurulanda, düşmənin arxasına kecərək, erməni BMP-sinin ekipajını məhf etmiş, BMP- ni ələ keçirdərək öz mövqelərimizə qayıdmışdır.)

Bu günlərdə yenə İbad Hüseynov və Monte Melkonyan teması gündəmə gəldi və təhqir, təhdidlərlə yadda qaldı. Teref. info olaraq biz bütün yazılan yazılardakı faktları birdə oxucuların nəzərinə çatdırmaq istəyirik.

İbad Hüseynovun bu » qəhrəmanlıq» epopeyasının saxta olduğunu təsdiq edənlərin suallarına nədənsə bu necə ildə cavab verilməyib.

Azərbaycan Bayrağı ordeni kavaleri,1993- cü ildə 708- ci briqadanın 2- ci batalyonunu komandiri olmuş polkovnikXətai Baxışov:

İbad Hüseynov bir necə il əvvəli deyirdiki, Melkonyanın başını təsadüfən Martuni rayonununMuğanlı kəndi yaxınlığında görüb kəsib. Lakin o, kimin başını kəsdiyini bilmirdi. O 12 iyun 1933-cü ildə axşam dostları ilə Moskvadan “Vremya” proqramında Melkonyanın başının kəsildiyini eşidəndə başa düşmüşdü ki, kimin başını kəsib. İbad bu versiyanı 23 iyun 2005-ciildə 525- ci qəzetdə irəli sürmüşdü.

Lakin belə bir xəbər Moskva televiziyasında olmyıb. Çünki ermənilərMelkonyanın ölüm xəbərini gizlədmişdilər. Melkonyanı ermənilər iyunun 19 da basdırdılar. Bundan sonra onun ölüm xəbərini “Frans – press” agentliyi və “Komsomolskaya pravda” qəzeti verdi. Bu səbəbdən nə İbad Hüseynov nə də onun dostları Moskva televiziyası ilə bu haqda xəbər eşidə nə də onun fotosunu görə bilməzdilər. BunuXətai Baxışov deyir.

melkonyanin defni
Həmdə Melkonyanı basdıranda onun başı üstündə olub. Bunu video və fotolarda aydın görmək olar.

Xətai Baxışov:

“ Bir necə ildən sonra İbad Hüseynov haqqında film çəkilir. Lakin bu filmdə artıq tamamən ayrı bir versiya ortaya atılır. Filmdə deyilənə görə ermənilərin Avo adlı komandirləri haqqında kəşfiyyat məlumatları əldə edilmişdi və İbadın qruppası onu məhf etmək üçün göndərilmişdi.”! Bundan başqa filmdə artıq yeni personajlar peyda olmuşdular. Hərbi hissə komandiri və MTN əməkdaşı. Hansı ki onlar güya İbadın qruppasının əməliyyatını korrektə edirdilər.

Lakin deyilən ərazi nizami ordu hissələrinin nəzarətində olub və heç bir özbaşına qruplar əməliyyat keçirdə bilməzdilər. Həmdə o zaman heç bir xüsusi əməliyyat keçirilməyib. Bunu o zaman həmin döyüş ərazisi üzrə əlahiddə kəşfiyyat rotasının komandiri olan Tofiq( Rafiq) Cəfərov deyir.

O zaman bu döyüş ərazisində vuruşan əlahiddə batalyonun komandiri İlham Binnətiov öz növbəsində deyir ki, ermənilərin əsas zərbəsi Mərzili- Novruzlu- Yusifcanlı xəttinə istiqamətlənmişdi və 12 iyunda bu kəndlər artıq işğal edilmişdi.

“Bu hücuma Melkonyanın başçılıq etdiyi hamıya məlumdur. Sizin fikrinizcə bu hadisələrin cərəyan etdiyi zaman komandir harda olmalıdır? Mərzilidə hücuma rəhbərlik etməlidir ya güclü döyüşlər gedən ərazidən 10 kilometrlərlə uzaqda yerləşən Muğanlı kəndində harda ki, heç bir savaş gedmir gəzməlidir? Hətta hərbiçi olmayan adam belə bunun cavabını bilir.

Bunu İlham Binnətov deyir.



Monte Melkonyanı Mərzili kəndinə əks hücum zamanı öldürülüb. Bunu 708 – ci briqadanın 2 – ci batalyonunun komandir müavini Umudvar Mirzəyevdə təsdiq edir. 2 – ci batalyonun BMP- si kəndə hücum zamanı bir UAZ maşını görür və ona atəş açır. Maşında olanlar düşçüb yaxınlıqdakı fermanın divarına sığınırlar. Lakin mərmi qəlpəsi Melkonyanın başından dəyir və onu öldürür. Melkonyanı öldürən ekipajın üzvləri Şaiq Kəlbiyev ( Biləsuvar) şəhid olub, Asəf Mütəllimov ( Neftçala) şəhid olub, 19 yaşlı Azəddin Musayev sağdır və Azərbaycan silahlı qüvvələrində xidmətini davam etdirir.

General- leytenant Talıb Məmmədov danışır:

1993- cü il 12 iyunda Mərzili döyüşü və bu döyüş zamanı 708- ci briqadanın 2 – ci moto- atıcı batolyonu tərəfindən Melkonyanın öldürülməsi haqqında bütün lazım olan sənədlər Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsindədir.
Əvvəl bu hadisə obyektiv araşdırıldı və bu haqda məqalə belə çap edildi. (* Gün səhər” 9 iyul 2005) Lakin 2 həftədən sonra Azərbaycanda kimsə bu temanı “ özəlləşdirdi” və bundan özünə hansısa kapital yığmaq istədi.

Beləki birdən “ 525 qəzet” də İbad Hüseynov ( özünü Vüqar adlandırırdı) Melkonnyanın öldürməsi iddia olundu və kəsilmiş baş sübut kimi göstərildi.

General Talıb Məmmədovun bu müsahibəsindən ( Teref. Info – ya) sonra hgansısa bir veteran onu alkaqoliklikdəı ittiham edərək, onun demək olar ki o əməliyyatlarda olamdığını, bir zabit kimi heç bir biliyinin olmadığını iddia etdi. ( Qeyd etməık istəyirəm ki, general Talıb Məmmədov Əfqanıstanda əlahiddə xüsusi kəşfiyat rotasının əfsanəvi komandiri olub. Azərbaycanda özünü savadlı və mətin komandir kimi təsdiq edib. Qəti alkoqollu içkilər qəbul etmir.)

Bütün bunlardan başqa Xocavənd rayonunda ən ağır və dəhşətli döyüşlər gedən Qaradağlı kəndində İbad Hüsevnovdan əsar əlamət olmayıb. (düzdür onlar deyirlər ki bağqa yerdən hücuma keciblər. Lakin erməninin Qaradağlını qırıb dağıttdığı, Qaradağlı döyüşçülərinin kömək harayı göyə qalxdığı bir vaxtda «başqa yerdə» hgücuma kecən qüvvələrin bir hissəsini Qaradağlıy göndərmək olmazdımı?



Professional azərbaycan hərbiçilərinin bu təfərrüatlı hadisələrin razboruna və suallarına İbad Hüseynov və tərəfdarları nə cavab verirlər?

Onlar bu hadisənin təfərrüatlarını açan adamları təhdid edir bə bəyanat verirlər ki, “ İbad Hüseynovun Melkonyanın başını kəsməsinə şübhə edənlər ermənilərin dəyirmanına su tökür və ümumi işimizə xələl gətirirlər” Bu bəyanatı 831 və 161- ci batalyonun bir qrup üzvü yaymışdı. Maraqlı məntiqdir. Deməli başqa şəhidlərin xidmətlərini öz adına yazmaq normal “ ümumi işimizin” xeyrinədir, lakin yalan danışanı ifşa etmək ziyanınadır?

Həmdə İbadın döyüşçü dostlarıda “Xüsusi əməliyyat” veriyasını dəstəkləyirlər.

“Əməliyyat 10 iyunda başladı, 12 –də Melkonyan öldürüldü, 13 də əməliyyat qrupu çətinliklə geri qayıtdı.

Əməliyyatda əldə olunmuş bütün qənimətlərr korpus komandirinə təhfil verilib.”

Lakin onların bu yalanını korpus komandiri general Rafiq Ağayev tərəfindən qətiyyətlə rədd edildi.

General Rafiq Ağayevin bu hadisələrə münasibəti:

“ Mənə heç kim heç bir qənimət gətirməyib. Mənim tabeliyimdə olan hərbi hissələr tərəfindən Melkonyanın məhf edilməsi ilə bağlı heç bir əməliyyat aparılmayıb.”

O zamanlar adı çəkilən ərazilərdə keçirilən əmliyyatlarıa rəhbərlik etmiş MTN- nin polkovniki Gündüz Şabanov MTN- nin o zamanlar Melkonyanın məhf edilməsi ilə bağlı heç bir əməliyat aparmadığını təsdiq etdi.

Və İbad Hüseynov bir qədər sükutunu qoruyandan sonra birdən birə bütün bu ittihamlara cavab vermədən

“ Melkonyanın ölümü ilə bağlı bu süni ajiotajın heç bir mənası yoxdur.” Əslində o faktiki qarşı tərəfin haqlı olduğunu qəbulk etmiş sayılardı.

İbad Hüseynovun “1news.az” saytına 2010- cu ildə verdiyi müsahibədə çoxx maraqlı fikirlər yer alır. Xüsusən də bu müsahibədə o qədər fantastik şeylər var ki adam bilmir gülsün ya ağlasın.

Əvvəllər onun verdiyi intervyularda olan “ Mən Melkonyanın başını orada məktəbin yanında atdım” cümələsi çıxardılıb. Cünki onda ortaya bəzi suallar çıxırdı. Bəs onda kimin başının şəklidir. Bəs o dediyi kimi komandir korpusa Melkonyanın ölümünün sübutu kimi kimin başını təhvil verib?

Sonra Etibar Məmmədovun ittiham dolu məqaləsi çıxdı və o ucdan tutma hamını yalançılıqda ittiham etdi.

Buna cavab olaraq 708- ci briqadanın hərbiçiləri sübut etdilər ki İbad Hüseynovun təqdim etdiyi sənədlərin hamısı saxtadır.

Buyurun, 29 iyun 1993- cü ildə Melkonyanı məhf etmək üçün kecirilən əməliyyat haqqında verilmiş “ arayış”

Etibar Məmmədovun dediyinə görə bu danılmaz faktdır. Daha bir 14 iyul 1993 – cü ildə verilmiş arayış.

Arayışda deyilir ki,İbad 1992- ci ildə ermənilərə qarşı diversiya həyata keçirdib. Bu deversiya zamanı o 12 erməni öldürmüş və 7 avtomat silah qənimət götürmüşdür. Lakin o sənədlərdə imzası olan Barat Quliyev belə bir arayış verə bilməzdi. Çünki 1992- ci ildə Barat Quliyev 708- ci briqadada xidmət keçirdi. Barat Quliyev 831 – ci hərbi hissəyə 1993 – cü ilin aprel ayında təyin olunub. Bir də, birinci arayışda o polkovnik- leytenatdır, ikincidə isə mayor. Bu necə olur? Deməli o boyda uğurlu əmliyyata görə onun rütbəsini aşağı salıblar? Bundan başqa 708 – ci briqadanın veteranları filmdə olan Məmməd Rəhimovun dediklərini əfsanə sayırlar. Məmməd Rəhimov filmdə deyir ki, İbad Hüseynovu o hazırlaşdırıb və Melkonyanı məhf etməyə göndərib. 708 veteranları isə usrar edirlər ki, o bunu edə bilməzdi, çünki zabit Məmməd Rəhimov bu vəzifəyə 1993- cü ilin noyabr ayında təyin edilib.
Teref. info olaraq sual edirəm:
Bütün bu saxta arayışlar nəyə lazımdır?
Niyə bu günə qədər M N kəşfiyyat idarəsi onda olan sənədlərə istinadən çıxış edərək bu biabırçılığın qarşısını almayıb?
Axı belə bir versiyada gəzir. İbadın əlində tutduğu kəllə Babacanyan Rubik Nikolayeviçindir. O tarixdə Muqanlıda ölən yeganə ermənidir və şəkilə diqqətlə baxsanız oxşarlığıda var. Bir az yaşlandırın, saqqal qoyun və saçlarını tökün! Bu da bir versiyadır.
Montenin kəsilməmiş başı- Miflərdən reallığa
Бабаджанян Рубик Николаевич
Mən bu ümumiləşdirilmiş yazını verməzdim. Çünki artıq bu çirkinlik məni bezdirmişdi. Lakin döyüşçü qardaşımız Ceyhun bəyin bir replikasına görə ona qarşı aparılan tərbiyəsiz kompaniya və Mehman Muradlının ailəsinə qarşı feysbuk sosial şəbəkəsində aparılan təhqiramiz kompaniya bu yazını çap etməyə məcbur etdi.

Həmdə şəhid qardaşlarımızın işğal edilmiş Qarabağ torpaqlarında dolaşan ruhları qarşısında bəlkə bir balacada olan borcumu vermiş ola bilərəm.

Onu da deyim ki, Mehman bəyin verdiyi məlumata görə ona qarşı aparılan kompaniya İbad Hüseynovun qardaşı Xocavənd icra başçısı Eyvaz Hüseynovun maliyələşdirdiyi profillərdən aparılır və Mehman Muradlı bu barədə müvafiq orqanlara müraciət edib. Bunu Mehman Muradlı deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.