Çoxmərtəbəli binalardakı mənzillərin qiymətlərinin azaldılması təklifinə RƏSMİ MÜNASİBƏT

8-03-2019, 09:08           
Çoxmərtəbəli binalardakı mənzillərin qiymətlərinin azaldılması təklifinə RƏSMİ MÜNASİBƏT
Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bildirib ki, istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsi əmlak vergisinə cəlb edilir. Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir:

"Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı mənzillərin istifadəsiz olub-olmaması daşınmaz əmlakın dövlət reyestrində toplanılan məlumatlar sırasına daxil deyil. Sözügedən məsələ bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada, tərəflərin razılaşması əsasında həll edilə bilər".

Qeyd edək ki, Nazirlər Kabinetinə MTK-lar tərəfindən tikilmiş və satılmayaraq boş qalmış mənzillərin əmlak vergisinə cəlb edilməsi və digər tədbirlərin görülməsi təklif edilir. Hesab edilir ki, bu tədbirlər sayəsində həmin mənzillərin qiymətləri aşağı enər və onlar daha ucuz qiymətə satılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru