Mağazadan aldığı yağı əridərkən dəhşətə gəldi - VİDEO

11-03-2019, 00:00           
Mağazadan aldığı yağı əridərkən dəhşətə gəldi - VİDEO
Mağazadan alınan yağ evdə əridilərkən fərqli mənzərə ortaya çıxıb.Xəzər Xəbər-in məlumatına görə, Bakı sakini Azər Qaçayev iddia edir ki, dünən mağazadan aldığı kərə yağı evdə əridilərkən qatılaşıb və rəngini dəyişib.
O, mütəmadi olaraq həmin yağdan alırmış. Ancaq indiyə qədər belə bir mənzərə ilə qarşılaşmayıb.
Qida üzrə ekspertlər deyirlər ki, bəzi hallarda yağların həcmini artırmaq və rəngini dəyişmək üçün tərkibinə müəyyən inqridentlər əlavə edilir. Belə yağlar insanlarda başlıca olaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola, orqanizimdə bir çox fəsadlar yarada bilər.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirdilər ki, vətəndaşlar belə hallarla qarşılaşanda mütləq agentliyin 1003 qaynar xəttinə məlumat verməlidir.
Bundan sonra məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru