“Yeni Bakı“dan ev alanları aldadıblar - “Bakılı Oğlanlar“ın çəkildiyi reklam yalan imiş (VIDEO) 11-03-2019, 07:47 "Yeni Bakı" yaşayış kompleksinin sakinləri "İlin Dörd Fəsli" MMC-nin onların aldığları evlərin çıxarışlarını vermədiklərini bildiriblər.Artıq 10 ilə yaxındır ki ev almağlarına baxmayaraq onlara vəd olunan çıxarışlar verilməyib.Son olaraq sakinlər "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynovla görüşüblər və o bildirib ki, biz heç kimə çıxarış söz verməmişik.Lakin illər əvvəl "Yeni Bakı" yaşayış kompleksinin reklamı televiziyalarda gedərkən evlərin çıxarışla təmin olunacağı bildirilib.Təqdim etdiyimiz videoda "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynovun dedikləri və reklamda deyilənlər öz əksini tapıb. (kanal15) Facebook-da paylaş