“Sumqayıtçörək” ASC-nin sədri süni bahalaşma yaradır? - İTTİHAM VAR
28-10-2015, 15:00
“Sumqayıtçörək” ASC-nin direktoru Tofiq Hüseynov Sumqayıt əhalisini çörəklə imtahan edir. Bunu JAM.AZ şəhər sakini Akif Manafov deyib.
Onun bildirdiyinə görə, çörəyin qiymətini atıra bilmədiyini görən zavod rəhbərliyi çıxış yolunu çörəyin çəkisini azaltmaqda tapıb.” Adıyla, özünəməxsus dadıyla tanınan məşhur Sumqayıt çörəyinin keyfiyyəti də çəkisi də aşağı salınıb. Çörəyin çəkisi nə az nə çox düz 150-200 qram aşağı salınıb”.
Manafov qeyd edir ki, Tofiq Hüseynov illərlə xalqı çörəklə imtahana çəkməklə geniş maddi imkanlara sahib olub. “O “Mətanət” şadlıq evi, “TERM” istirahət və idman kompleksi və dəbdəbəli villalara və mənzillərə sahib olub. Tofiq Hüseynov Prezidentin göstərişlərinə də məhəl qoymur”.