Raqub Məmmədov hardadır? - icra başçısı 10 gündür niyə işə çıxmır?

29-10-2015, 20:46           
Raqub Məmmədov hardadır? - icra başçısı 10 gündür niyə işə çıxmır?
Ağdamın icra başçısı Raqub Məmmədov 10 günə yaxındır ki, işə çıxmır. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir. Məlumat verən mənbə iddia edir ki, oktyabrın17-də dövlət başçısının sərəncamı ilə işdən azad edilən mili təhlükəsizlik naziri Eldar mahmudovun ən yaxın adamları ölkəni tərk ediblər. Hətta bu gün xəbər yayılıb ki, Eldar Mahmudovun ailəsi Azərbaycanı tərk edərək Danimarkaya çığınıb.

Daxil olan məlumatlardan digəri isə artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslərin bu gün davam etməsi ilə bağlıdır. Artıq ölkənin hər yerində sahibkarlara qarşı amansız davranan məmurlarla bağlı araşdırmalar aparılır. Uzun illər Tərtərdə MTN-nin rəisi olmuş və hazırda Ağdam rayonunda icra başçısı işləyən Raqub Məmmədovla bağlı da araşdırmaların aparıldığı söylənilir. İnformasiyalara əsasən R.Məmmədova ölkəni tərk etmək yasaqlansa da, oktyabrın 18-dən bəri işə çıxmır. Onun harada olduğunu isə bilən yoxdur. Gözlənilən odur ki, parlament seçkilərindən dərhal sonra, yəni bir neçə gündən sonra Raqub Məmmədov rəsmən işdən azad ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.