Yasamal Telefon Qovşağının rəisini də həbs təhlükəsi yaşayır? ilginc iddia

30-10-2015, 17:55           
Yasamal Telefon Qovşağının rəisini də həbs təhlükəsi yaşayır? ilginc iddia
Yasamal Telefon Qovşağının rəisinin başı dərddə Milli Təhlükəsizlik Nazirliyində başlayan həbs dalğası bir çox məmurları da özü ilə “yuyub apardı”

Eldar Mahmudova yaxın şəxslərin kimisi həbs edildi, kimisi isə vəzifəsində uzaqlaşdırıldı. Hətta bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov da işdən kənarlaşdırılıb. Bolgexeber.com-a daxil olan məlumata görə, artıq sıra Beytulla Hüseynovun yaxınlarına çatıb.

Məlumata görə, onunla ortaq biznes fəaliyyəti olan Yasamal Telefon Qovşağının rəhbəri Mirbaba Babayev də həbs təhlükəsi ilə üz-üzədir. Mirbaba Babayevin adı Beytulla Hüseynovla birgə biznesdə hallanır. Belə ki, mənbənin məlumatına görə adıçəkilən şəxslərin Dubayda geniş biznesi var. Hətta mütamadi olaraq Dubaya yollanan Mirbaba Babayev biznesə şəxsən özü nəzarət edir . Beytulla Hüseynovla olan yaxınlıq isə Mirbaba Babayevin həbs edilmə ehtimalını yaradır. Görünür Yasamal Telefon Qovşağının rəisinin başı böyük dərddədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.