DYP əməkdaşından ŞOK ÖZBAŞINALIQ: - "Mən qanun tanımıram"...

30-10-2015, 21:31           
DYP əməkdaşından ŞOK ÖZBAŞINALIQ: - "Mən qanun tanımıram"...
Redaksiyamıza müraciət edən sahibkar Səbuhi Hüseynov DYP işçilərindən şikayətçidir.

DİA.AZ-a müraciət edən sahibkar bildirir ki, bu gün səhər saatlarında Yusif Səfərov küçəsində yerləşən obkyektinə mal boşaldarkən DYP əməkdaşının qanunsuzluğu ilə üzləşib.

Sahibkar dia.az-a bildirir ki, ona yaxınlaşan DYP işçisi Qədimov Zaur Vahid oğlu ondan maşınını obyektinin qarşısında saxlamamasını tələb edib.

"Mən ona bildirdim ki, sahibkaram və obyektimə mal boşaldıram. Amma 99 YP 409 dövlət nömrə nişanlı maşından düşən DYP işçisi mənə bildirdi ki, bunun ona dəxli yoxdur. Mən etiraz etdim ki, bura mənim obyektimdir və dükanıma başqa yolla mal boşaltma imkanım yoxdur. Daha sonra bildirdim ki, cənab prezident sahibkarlarla bağlı necə sərt addımlar atır və bizim hüquqlarımızı şəxsən prezident və Azərbaycan dövlətinin müvafiq qanunları qoruyur.

Amma bu sözlərimə etiraz edən DYP işçisi mənə qanun-filan tanımadığını bildirdi. Mən dedim ki, dövlətimə vergi verirəm, qanuni sahibkaram. O isə mənə "sənin verginin mənə aidiyyatı yoxdur, biz öz hesabımıza maliyyələşirik". Beləcə öz dediyinin üstündə duran DYP işçisi prezidentin sərəncamının, tapşırıqlarının ona heç bir aidiyyatının olmadığını bildirərək mənə qanunsuz olaraq 18 manat cərimə yazdı.

Mən cəriməni yenə də ödəyəcəm. Amma bir məsələ var ki, bu cür kobud DYP əməkdaşları nəinki polisə, heç dövlətimizə yaraşmır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.