Ehtiyatda olan kapitan MN-in cavabından narazıdır...

31-10-2015, 13:34           
Ehtiyatda olan kapitan MN-in cavabından narazıdır...
Ehtiyatda olan kapitan Tərlan Qurbanovun Moderator.az vasitəsilə Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyətə görə kompensasiyanın ala bilməməsi ilə bağlı Müdafiə Nazirliyinə etdiyi müraciətinə verilən cavabdan narazıdır:

"24.10.2015-ci il tarixdə Moderator.az internet qazeti vasitəsilə ölkə başçısına etdiyim müraciətə Müdafiə Nazirliyin rəsmisinin şablon formalı cavabı ilə tanış oldum!

Əminəm ki, hörmətli Müdafiə Nazirimizə kompensasiyanın ödənilməsi ilə əlaqədar yaranmış problem barədə müvafiq vəzifəli şəxslər tərəfindən ətraflı məlumat verilərsə - problem dərhal həllini tapa bilər!

Müraciətimdə qaldırdığım problem tək mənim problemim deyil. Yuzlərlə həqiqi hərbi xidmətdə olan və minlərlə ehtiyatda olan hərbi qulluqçu istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın paylanması ilə əlaqədar yaranmış anlaşılmazlığın həllini gözləyir.

Kompensasiyanın verilməsində yaranmış 2 illik fasilə əslində MN Maliyyə İdarəsinin Maliyyə Nazirliyi qarşısında hansısa qeyri normal səbəblərdən vəsatət qaldırmaq imkanında olmadığını bir daha sübut edir. Əks təqdirdə bu cür gecikmənin nədən baş verdiyi başa düşülən deyil!

Ordumuzun güclənməsi onun hər bir vəzifəli şəxsinin vətənpərvərliyi ilə bərabər, öz işini mükəmməl bilməsindən, tələbkarlığından və məsuliyyətli olmasından aslıdır. Xidməti işində doğru olmayanlar bu cür iş prinsipi ilə işləməkdən məhrumdurlar.

Digər tərəfdən MN rəsmilərinin problemə yanaşması daha çox ordunu, onun rəhbərliyini və ölkə başçını qınağ obyektinə çevirməyə yönəlmiş kimi görünür. Hesab edirəm ki, 22 il davamlı olaraq eyni şəxsin rəhbərliyi altında formalaşma prosesi keçən Baş Gərargah şablonlu iş prinsipindən ordumuzun daha sürətlə güclənməsinə yönəlmiş iş prinsipinə keçmək barədə ciddi düşünməli olacaq!

İstifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın verilməsinə nail olmaq məqsədilə əlavə digər tədbirlərə əl atacağımı nəzərinizə çatdıracağımı özümə borc bilirəm!

Hörmətlə ehtiyatda olan kapitan Tərlan Qurbanov"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.