Səlim Müslümov 19 əməkdaşını işdən çıxardı

6-11-2015, 16:44           
Səlim Müslümov 19 əməkdaşını işdən çıxardı
Bu ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 əməkdaş yaş həddinə görə işdən azad olunub.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edir: "Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu yaşa çatan işçinin həmin müəssisədə çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər. Lakin bu, müəyyən hallar istisna olmaqla, 5 ildən çox davam edə bilməz.

2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatan 19 əməkdaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki vəzifələrindən azad olunublar. Bütün əməkdaşlar, o cümlədən işdən çıxarılanlar qanunvericiliyin tələblərini yaxşı bildiklərinə görə işdən azad olunmalarını normal və sakit qarşılayıblar"/report/.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru