Gənclər maşında yaşayan kişini həyata qaytardılar - VİDEO
9-11-2015, 12:27
Avtomobildə gecələyən 66 yaşlı Azər Hacıyevlə bağlı məlumat mediada işıqlandırıldıqdan sonra bir çox gənc ona kömək etmək üçün səfərbər olub.
Bizimyol.info xəbər verir ki, təxminən 20-yə yaxın gənc, qocanı ziyarətə gedib, ona qalın paltarlar və yemək aparıblar. Gənclərdən biri onun saqqal və saçını qırxıb. Daha sonra təcili tibbi yardımı hadisə yerinə çağıran gənclər, onu Maştağada yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasına aparıblar. Gənclərin bildirdiyinə görə, qocanı xəstəxanada çimizdirib və yeni paltarlar verərək palatalardan birinə yerləşdiriblər. Onu müayinə edən həkim qocanın vəziyyətinin normal olduğunu deyib.
Gənclər bildiriblər ki, 15 gün müddətində xəstəxanada qalacaq qoca üçün şəxsiyyət vəsiqəsi hazırlanır və onun qocalar evinə yerləşdirilməsi üçün işlər görülür. Onlar bu məsələdə qurumların və təşkilatların da qocaya kömək edəcəyinə ümid edirlər.
Qeyd edək ki, Azər Hacıyev Yasamal rayonunda gününün çox hissəsini küçələrdə kağız, yarpaq və butulka yığaraq keçirirdi. O, Yasamal rayonu Mirəli Seyidov küçəsində yararsız hala düşmüş avtomobillərdən birində gecələyirdi. Azərbaycanlı qocanın dediyinə görə, təqaüd almır və övladları yoxdur. Qardaşının yararsız hala düşmüş avtomobilində yaşayan Azər bir stəkan isti çaya belə möhtac idi.
[media=https://www.youtube.com/watch?time_continue=154&v=0eFo1yYnX8Y]