Yasamal rayon Telekommunikasiya Qovşağının rəisi Mirbaba Babayevin "MTN işi ilə nbə əlaqəsi"
13-11-2015, 23:14
Son günlər “MTN işi” işi ilə bağlı bir neçə məmur dövlətə xəyanət maddəsi ilə həbs edildi.
Etiraf edək ki, ölkədə bu çür həbslər heç də yaxşı nəticələrdən xəbər vermir. Digər tərəfdən Rabitə və Texnologiya Naziri Əli Abbasovun vəzifəsindən azad edilməsi, Vidadi Zeynalovun və BTRİB-in rəisi Beytulla Hüseynovun həbs xəbəri bir necə məmura ağır zərbə kimi “ünvanlandı”. Eldar Mahmodovun cinayətkar dəstəsi ifşa edildikdən sonra bütün məsələlərə aydınlıq gətirildi desək yanılmarıq.
Dosye.org-ın əldə etdiyi məlumatda bildirilir ki, Yasamal rayon Telekommunikasiya Qovşağının rəisi Mirbaba Babayev məhz yuxarıda adı hallanan cinayətkar şəbəkənin fəal üzüvlərindən sayılır. Hazırda həbsdə olan BTRİB-in rəisi Beytulla Hüseynovla M. Babayevin şərikli biznesi haqda elektron ünvanımıza məlumatlar durmadan daxil olur.
Hətda B. Hüseynovla M. Babayevin mənimsədiyi milyonların hara və nə üçün ötürüldüyü haqda bəzi məlumatlar əldə etdik. Belə ki, iki məmurun Dubayda dəbdəbəli villalar və obiyektlər inşa etdirdiyi məlumatlar sırasındadır. Dinləmə məsələsinə gəlincə Yasamal rayon Telekommunikasiya Qovşağının rəisi Mirbaba Babayevin adı daha çox hallanır. Növbəti yazılarımızda M. Babayev haqda şok doğuracaq məlumatlarla tanış olacaqsınız. Bizi izləyin..
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!