Novruz Məmmədov onların maaşlarını qaldırdı – Qərar

9-08-2019, 08:19           
Novruz Məmmədov onların maaşlarını qaldırdı – Qərar
Baş nazir Novruz Məmmədov “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli qərarına dəyişiklik edib.
Teref.az xəbər verir ki, dəyişiklik “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentinin 2019-cu il 18 iyun tarixli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Ali kateqoriya dövlət orqanlarında – 310 manat

1-ci kateqoriya dövlət orqanlarında - 295 manat

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında - 280 manat

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında – 260 manat

Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru