«İşçilərin maaşından pul tutulması qanunsuzdur» - QANUNUN İZAHI

15-08-2019, 11:01           
«İşçilərin maaşından pul tutulması qanunsuzdur» - QANUNUN İZAHI
Azərbaycarnın bəzi şirkətlərində işçilərə qarşı geniş yayılan cəza tədbirlərindən biri onların maaşının kəsilməsi, yəni əmək haqqının bir hissəsinin tutulmasıdır. Amma bu addım qanunsuzdur. Ölkə qanunvericiliyi işçilərin maaşından pul tutulmasına yalnız bəzi halarda icazə verir, hazırda tətbiq edilən cərimələrin isə əksəriyyəti qanunsuz addımlardır». Bu barədə FED.az-a insan resursları üzrə ekspert, «HR Option» insan resursları şirkətinin rəhbəri Xəqani Səfərov bildirib.

X.Səfərovun sözlərinə görə, Əmək Məcəlləsində işçilərə qarşı 4 növ cəza tədbiri müəyyənləşib – töhmət, şiddətli töhmət, maaşından kəsilmə və işdən azad etmə. Cəza tədbirləri arasında maaşdan tutulma da yer alsa da, ekspret bildirir ki, bu yalnız o halda mümkündür ki, şirkətdə işçilər, şirkət və həmkarlar ittifaqı arasında üçtərəfli kollektiv müqavilə imzalanmış olsun və bu müqavilədə cəza tədbirlərindən biri kimi maaşdan tutulma qeyd edilsin.

Başqa sözlə, hər hansı pozuntuya görə, işçinin maaşından pul o zaman tutula bilər ki, (1) iş yerində həmkarlar ittifaqı mövcud olsun, (2) bu ittifaq, işçi və şirkət arasında kollektiv müqavilə imzalansın. Qalan bütün hallarda bu addım qanunsuzdur.

X.Səffrov bildirir ki, hətta qanuni olsa da, işçinin maaşından pulunu tutulması onun motivasiyasını artırmır, əksinə, hətta müəyyən mənada pozuntuya həvəsləndirə bilər: «Şirkətlər cəza tədbirlərindənsə, şirkət dəyərləri yaradaraq işçiləri bu dəyər ətrafında birləşdirməyə çalışmalıdırlar».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru