UniBankın bir filialına qarşı ittiham var... - biabırçı vəziyyət...
21-11-2015, 13:46
UniBankın İmişli filialında biabırçı vəziyyət yaşanır. Durum o qədər kritikdir ki, baş verənləri rəzalətdən başqa adlandırmaq mümkün deyil.
JAM.AZ-a verilən məlumata görə, baş verənlərdə əsasən filialın hüquqşünası Ruslan Həsənovun adı çəkilir. İddia edilir ki, Həsənov bütün qanunları bir kənara qoyaraq, özünün bildiyi qaydalarla hərəkət edir. Məsələn, bankdan kredit götürmüş vətəndaş kredit borcunu ödəyə bilmədiyi təqdirdə, əvvəlcə onları hədələyən Həsənovun, daha sonra onlara hücum edərək, pulları tələb etdiyi deyilir.
Bildirilir ki, UniBankın filialının hüquqşünası bununla da kifayətlənməyib, borcu olan şəxslərin evinə gələrək, oradakı bütün əşyaları yığaraq, aparır. Həmin əşyaları isə özünün şəxsi evinin həyətindəki qarajına yığır.
Qeyd edək ki, belə bir vəziyyət heç bir bankda və onun filiallarında yaşanmır. Kredit borclarının geri qaytalırması ilə bağlı yaranmış problemlərin adətən məhkəmə yolu ilə tənzimləndiyi hamıya məlumdur. Hətta məhkəmə qərarı olmadan bank vətəndaşa qarşı hər hansı bir addım ata bilməz, ona sanksiyalar və cərimələr tətbiq edə bilməz. Görünür, UniBankın İmişli filialında Azərbaycan qanunları əhəmiyyətli sayılmır. Əgər belə olmasaydı, filialın hüquqşünası qanunları bildiyi halda bu cür qanunsuzluğa imza atmazdı.
Qarşı tərəfi də dinləməyə hazırıq.