Gülnar Abbasovanın Ağdamdakı dərman mafiyasının üzvləri – Adlar – İDDİA
22-11-2015, 14:35
Ötən saylarımızda qeyd etmişdik ki,Ağdam RMX-nin baş həkimi Gülnar Abbasova deputatlıq arzusunun həyata keşməməsindən xeyli pəjmürdə olub. Əgər Milli Məclisə düşə bilsəydi hələ 5 il rayonda başçılıq etdiyi dərman mafiyasının əl-qolu açıq olacaqdı.
İndi isə çete təşviş içindədi. Yoxlamalar hər an silsilə həbslərlə qurtara bilər. Bir tərəfdəndə oğlunun qumarda 300 min dollar uduzmasının baş həkimə yaman böyük dərd olduğunu iddia edən mənbəəmiz bu xəmirin hələ çox su aparacağını bildirir.
Preparat biznesi
Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın yaradılan bu şəraitdən, rayon səhiyyəsinə göstərilən diqqət və qayğıdan daha çox öz şəxsi məqsədləri naminə yararlandığı iddia olunur. Yerli sakinlərdən bu xüsusda aldığımız məlumatlarda baş həkimin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Mənbələr bildirirlər ki, xəstələrin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlıdır. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bildirilir ki, Ağdam rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmamaları iddi olunur. Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır.
Çete üzvləri- “Geroy Sədrəddin”, Elbrus Abbasov, “Qaqaş”…
Zaman-zaman k0rrupsiya ustaları ,Ağdamın üz qarası Həsən Sarıyevdən,Nizami Sadıqovdan dəstəklər alan Gülnar Abbasova dərman biznesi imperiyasını tək qurmayıb. İdeologiya.aza verilən məlumata görə hazırda ətrafında ona yardımçı olan xeyli şəxs var.
“Qaqaş” -əsl adı bilinmir. Kriminal aləmdə bu ləqəblə tanınır. Gülnar Abbasovanın qohumudur. Bakıda və Ağdamdakı obyektlərinə nəzarət edir. Həmçinin müstəqil median susdurmaq, hədələmək bu şəxsə həvalə olunub.
Elbrus Abbasov- həyat yoldaşıdır Keçmişdə futbolçu olub. Bir dəfə təsadüfən prezidentlə şəkil çəkdirib. Seçki dövründə o şəkildən gen-bol istifadə etdi. Guya hakimiyətə çox yaxın adamdır.Səhər açılandan baş həkimin iş otağında oğlu ilə birlikdə əyləşərək “vacib”məsələləri həll edirlər.
Reanimasiya şöbəsinin müdiri Elxan Həkim və onun qardaşı, dərman anbarına baxmış Elşən adlı şəxs. İddia edilir ki, dərman biznesində Gülnar Abbasova ilə şərikdirlər.
“Geroy Sədrəddin”- Elxan həkimin atasıdı. Çete iddiaya görə bu şəxsin evində toplaşır. Yerli YAP və rayon rəhbərliyi haqda məlumatlar bu evdə düzəliş edilərək kompromat şəklində radikal müxalifət mediasına ötürülür.Çox ilginc mətləbləri açıqlamağı sonraya saxladıq. Səlahiyyətli orqanların və Ağdamın icra başçısı, daim neqativ hallara qarşı barışmaz mövqe sərgiləyən hörmətli Raqub Məmmədov cənablarının rayondakı bu dərman mafiyasının fəaliyyətinə birdəfəlik son qoyacağına inanırıq. Mövzunu diqqətdə saxlayacağıq.
Allahverən Quliyev
İdeologiya.az Qarabağ, Mil-Muğan bürosu