Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video

20-10-2019, 19:05           
Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video
Milli Şuranın oktyabrın 19-da şəhərin mərkəzində keçirdiyi mitinqə qatılanlar arasında mülkiyyət hüquqları tapdanan vətəndaşlar da olub. Onlardan biri “Sipark” tikinti şirkəti tərəfindən haqlarının pozulduğunu bildirib. Reportyor.info xəbər verir ki, Almaz Həsənova Bakının Nərimanov rayonu, 64 nömrəli ünvanda yaşayıb. Amma onun mülkünü pilot layihə adı ilə söküblər: “O vaxt adı “Evrostoy” olan tikinti şirkəti bu işləri görüb. 55 ailəni evindən çıxardılar. İndi həmin firma “Sipark” adı ilə fəaliyyət göstərir. Mən o zaman etiraz etdim. Məhkəmə qərarı olmadan evimi sökdülər. Gecə yarısı bizi evdən çıxardılar, 6 nəfərlik ailə, əlil uşağım da olmaqla çöllərdə qaldıq. İndiyə qədər bizə heç nə verilməyib”

REPORTYOR.info













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.