Əhməd Muxtarov istefaya dəvət edilib - 69 yaşlı məmur yol üstdədir

24-10-2019, 12:48           
Əhməd Muxtarov istefaya dəvət edilib - 69 yaşlı məmur yol üstdədir
05 fevral 1951-ci ildə Azərbaycan Respublikası Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 29 mart 2006-cı il tarixdən Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısıdır. Söhbət Əhməd Kərəm oğlu Muxtarovdan gedir. 70 yaşını haqlamaqda olan icra başçısı vəzifəsi ilə vidalaşmalı olacaq.

Gundeminfo.az-a daxil olan məlumata əsasən dövlət başçısının qoca məmurlara istefa vermələrinə dair tövsiyyələr verməsindən sonra yerindən tərpənmək istməyən icra başçılarından biri də Əhməd Muxtarovdur. 13 ildir ki, bir rayona rəhbərlik edən Ə.Muxtarovun son zamanlar tez-tez səhhəti ilə bağlı məzuniyyət götürdüyü söhlənilir. Kifayət qədər yaşlanmasına baxmayaraq hələ də icra başçısı kreslosunu təhvil vermək istəmir.

Məlumat verən qaynağımız iddia edir ki, Hacıqabul rayonundan son zamanlıar artan şikayətlər, o cümlədən də icra başçısının hərəkətsizliyi, Ə.Muxtarovun yaxın günlərdə istefa ərizəsi yazmasına dəvət ediləcəyindən xəbər verir. Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.