Dələduzlar ailəsi cinayət məsuliyyətinə nə vaxt cəlb olunacaq?

25-10-2019, 00:02           
Dələduzlar ailəsi cinayət məsuliyyətinə nə vaxt cəlb olunacaq?
Şəki rayonun Baş Göynük kəndin sakinləri Xocalı İsmayılov, Təhmasib Həmidzadə və Anar Abdurahmanov Aktualinfo.org onlayn qəzet redaksiyasına müraciət edərək xahiş etmişlər ki, özünü “Royal Print Company” MMC-nin qanuni təmsilçisi kimi təqdim edən Əliyev Elvin Gündüz oğlu tərəfindən biznes işinə “investisiya” qoymaq adı altında aldadılmış,kredit və borc götürməyə vadar edərək sonda onlara məxsus 32500 manat pullarını bu ilin avqust ayında alıb mənimsəmişdir. Aradan 2 aydan çox vaxt keçməsinə baxmayaraq E.Əliyev onlardan aldığı pulları qaytaracağına söz versə də, bu günədək heç nə qaytarmamışdır. Aktualinfo.org-un aidiyyatı qurumlara ünvanladığı müracıətdən sonra Yasamal rayin Polis İdarəsində araşdırılma aparılmış və məlum olmuşdur ki, həqiqətən gənclər cəmiyyətimiz üçün bu gün də real təhlükə yaradan Əliyev Elvin Gündüz oğlunun dələduz dəstənsinin “toruna” düşmüşlər. Bütün bunlara baxmayaraq bu dələduz dəstəni Daxili İşlər Nazirliyində himayə edənlərin də olduğu barədə redaksiyamız məlumatlar əldə etmişdir. Üzləşdikləri problemin həll olunması üçün ölkə başçısına olunan müracətdən sonra heç nəyin dəyişmədiyini görərən zərərçəkmişlər Aktualinfo.org vasitəsi ilə növbəti dəfə müracıət edərək onların problemlərini ictimailəşdirərək cəmiyyəti bu dələduzların əməllərindən qorunmağa çağırırlar.

Belə ki, X.İsmayılov və dostları son 1 ay ərzində üzləşdikləri dədləduz dəstənin fəaliyyətinin araşdırlması istiqamətində 12 sentyabrda Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etmişlər. Yasamal RPİ-nin 27-ci Polis Bölməsində aparılan təhqiqatla paralel apardığımız araşdırmalardan sonra ilkin olaraq bizə məlum olmuşdur ki, Xocalı İsmayılov və dostlarının rastlaşdıqları dələduz dəstə güclü himayədarlarına arxalanaraq “ fəaliyyətləri”ni indi də çox arxayınçılıqla davam etdirir, yeni-yeni “qurbanlar” tapmaqla onlara külli-miqdarda ziyan vurmaqda davam edirlər. Belə ki, MMC-nin rəhbəri atası Gündüz Əliyev, digər işçiləri olan oğulları Elvin və Elmir çap və dizayn-qrafiq işlərilə görmək adı altında əsasən rayon yerlərindən gəlmiş gənclərin əvvəlcə etimadlarını qazanaraq, gəlirli işə “investisiya” qoymağa cəlb etməklə şirnikləndirərək pulları mənimsəmə ilə məşğul olurlar. Bu dəstənin fəal üzvü olan E.Əliyev sonuncu dəfə, 8 nəfər şəxsin 3 mart 2018-ci il tarixli şikayəti əsasında 4 ay müddətinə həbs edilmiş və məhkəmənin hökmü ilə sonda 5 il şərti cəza almışdır. Xocalı İsmayılov və dostları aldandıqlarını bilərək atası ilə 7 sentyabrda görüşüb Elvindən şikayət etdikdə o, etiraf etmişdir ki, 2018-ci ildə oğlu E.Əliyevi həbsdən qurtarmaq üçün bütün əmlaklarını 8 nəfər zərərçəkmişə vurduqları 300000 dollar zərəri ödəmək üçün satıb ziyanın bir hissəsini ödəmişdir. Atası oğlunu günahlandıraraq bildirmişdir ki, guya ailəni bütovlükdə pis günə salan oğlu Elvin imiş. Aldadıb ələ keçirdiyi pulları da ən bahalı kristal narkotikə verib xərcləyibmiş və s. sözlərlə gəncləri inandırmağa çalışıb ki, Elvinin hazırda sizlərə verəsi pulu yoxdur. Sabahı günü, yəni, 8 sentyabr 2019-cu il tarixində Gündüz Əliyev gənclərə zəng edərək bildirmişdir ki, oğlunun Abbas adlı birisinə də 100000 manata yaxın borcunu qaytaramağı son 1 ildə vədlər verərək şikayət etməkdən çəkindirmişdir. Son məlumatdan məlum olmuşdur ki, Elvin Əliyevin hazırda Abbasa 45000 manat borcu qalmışdır. Yəni, E.Əliyev Xocalı İsmayılov və dostlarından aldadıb aldığı 32500 manat pulu əvvəlki zərərçəkmiş Abbasa verməklə bir müddət üçün də qalan borcu qaytarmağa vaxt qazanmışdır

Digər tərəfdən o nəticəyə gəlirik ki, E.Əliyevin atasının 2001-ci ildən qurub-yaratdığı “Royal Print Kompany” MMC –nin ofisi, bahalı çap məhsulları aparatlarının olması faktından süi- istifadə edən oğul E.Əliyev həm gözdən pərdə asmaq üçün, həm də ailənin guya real işlə məşğul olmaları təsəvvürünü yaradaraq, seçdiyi “qurbanlar”ı real görüntülərlə aldatmaq üçün həmişə bir alət kimi istifadə etmişdir. Yəni, ailənin əvvəlcədən hazırladığı plana əsasən Elvin zərəçəkmişlərə atasının rəhbəri olduğu poliqafiya işləri və xidmətlərini reklam etməklə daha çox qazanc əldə etməyin mümkün olmasına “qurbanları” inandırdıqdan sonra “dələduzluq planı”nı asanlıqla həyata keçirə bilir, aldatdıqları vətənadşları guya Türkiyədən çox ucuz qiymətə poliqrafiya məhsulları gətirib Bakıda satmaqla yaxşı gəlir əldə etməyə inandıra bilmələridir. Bütün dələduzluq halları bu ailənin icarəyə götürdüyü Yasamal rayonun İ.Əbilov küçəsi, ev 94 ünvanında yerləşmiş ofislərində 2001-ci ildən bu günədək baş verməkdədir. Yəni, vətəndaşlarla əvvəlcə razılaşma əldə edilir ki, guya “Royal Print Company” MMC-nin adından Türkiyədən poliqrafiya məhsulları gətirmək və müştərilərə satmaq işini həyata keçirməklə külli-miqdarda gəlir əldə etmələri barədə qabaqcadan razılaşsalar da, sonradan gətirdikləri mal və göstərdikləri xidmətləri heç də plan üzrə həyata keçirmirlər. Məsələn, 2018-ci ildə bu MMC tərəfindən 8 nəfər fiziki şəxsdən mal-material gətirmək və xidmət göstərmək adı altında 300 min ABŞ dolları pullarını almış və sonda dələduzluq edərək mənimsəmişlər. O da məlum olmuşdur ki, E.Əliyev şəxsən etiraf etmişdir ki, ailəyə məxsus “Royal Print Company” MMC uzun müddət vergilərdən yayınmışdır. Həqiqətən də MMC-nin yarandığı gündən indiyədək fasiləsiz olaraq təcrübəsiz vətəndaşları mal və xidmət göstərmək adı altında aldadaraq onlardan aldıqları yüz min manatlarla pulları heç bir hesabatı aparılmamış, dövriyyədən gizlədilmiş, son nəticədə VÖENi 2001675701 olan vergi ödəyicisi olaraq külli-miqdarda vergidən yayınaraq dövlət büdcəsinə ciddi ziyan vurmuşlar. Apardığımız araşdırma zamanı məlum olmuşdur ki, nizamnamə kapitalı 50 manat, VÖEN N-si 2001675701 olan “ Royal Print Company” MMC-nin qanuni təmsilçisi dələduzluq maddəsi üzrə məhkum edilmiş Əliyev Elvin Gündüz oğluna məxsusdur. Hazırda MMC-nin balansında 80-100 min manat dəyəri olan bahalı çap və poliqrafiya avadanlıqları vardır.Vətəndaş X.İsmayılov və digər dostlarının şikayəti üzrə Yasamal rayon Polis İdarəsində aparılan istintaq zamanı da “ Royal Print Company” MMC-nin qanuni təmsilçisi dələduzluq maddəsi üzrə məhkum edilmiş Əliyev Elvin şikayətçilərə qarşı dələduzluq əməli törətdiyi sübuta yetirilmiş və hazırda istintaq davam etməkdədir.

Əminik ki, hüquq mühafizə orqanları uzun müddət dələduz fəaliyyətlərilə cəmiyyətə və dövlətimizə vurduqları və vurmaqda davam etdikləri külli-miqdarda ziyana görə Elvin Əliyev və dəstəsinin ilk növbədə cəmiyyətin maraqları naminə təcrid edilmələri, külli-miqdarda vergidənyayınmaları, aldatdığı insanların sayı, dələduz dəstənin əhatə dairəsi, həmçinin himayədarlarının müəyyənləşdirilməsi, vətəndaşlara vurduqları ziyanların MMC-yə məxsus avadanlıqların satılması ilə tam ödənilməsi məsələsinin həll edilməsi üçün Daxili İşlər və Vergilər Nazirliyinə lazımi tədbirlər görəcək.



Məmməd Həmidov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.