Hərbçilərin pensiyaları artımlarla birgə yaxın günlərdə ödəniləcək

29-10-2019, 10:37           
Hərbçilərin pensiyaları artımlarla birgə yaxın günlərdə ödəniləcək
Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Femida.az-a verilən məlumata görə, fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla bu ayın sonunadək ödənişi həyata keçiriləcək.

Bu da həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabr ayında qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir. Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u arası təmin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru