Azərbaycanda siqaret çox ucuzdur - Ümumdünya Səhiyyə Təşkilatı

30-10-2019, 12:33           
Azərbaycanda siqaret çox ucuzdur - Ümumdünya Səhiyyə Təşkilatı
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə Azərbaycan hökuməti arasında 2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq".

"Report" xəbər verir ki, ÜST-in Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılmasına həsr olunan seminarında deyib.

Onun sözlərinə görə, yeni müqavilədə üç istiqamət əsas götürələcək: "Bunlar ilkin səhiyyə xidmətləri, qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunmasıdır".

H.Harmancı qeyd edib ki, Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır: "Azərbaycanda tütünlə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib. Amma qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru