Bakının Yasamal rayonu ərazisində şəhid abidəsi baxımsızlıq ucbatından zibilxanaya çevrilib.
Paytaxtın Şərifzadə küçəsi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində Qarabağ döyüşlərində şəhid olan Məhəmməddin Allahverdiyevin şərəfinə ucaldılan abidə zibilxanaya çevrilib.XALQ.AZ xəbər verir ki,hətta küçələrdən yığılan zibillər şəhidin adını daşıyan abidənin ətrafında toplanıb. Təəssüf ki, vətən uğrunda canını qurban verən şəhidimizin abidəsinə aidiyyatı qurumların biganə yanaşması bu mənzərəyə səbəb olub. Görəsən İcra başçısı İbrahim Mehdiyevin yuxusunu şəhidin ruhu narahat etmirmi? Yasamal İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda saat 09.44 olmağına baxmayaraq suallarımızı cavablandıran səlahiyyətli şəxs tapılmadı polis növbətçisi Məmmədov bilidrid ki, hamı tədbirdədir, sonra zəng edin. Qarşı tərəfində açıqlamsına dərc etməyə hazırıq