"Aqro İnvest və İstehsalat” şirkəti:"Pərviz Hacıyev qanunsuz əməllərə başçılıq edib"

22-12-2019, 00:06           
"Aqro İnvest və İstehsalat” şirkəti:"Pərviz Hacıyev qanunsuz əməllərə başçılıq edib"
“Aqro İnvest və İstehsalat” şirkətindən musavat.com-a aşağıdakı məzmunda məlumat daxil olub:

“Aqro İnvest və İstehsalat” şirkəti bəyan edir ki, son günlər bəzi mətbuat orqanlarında Pərviz Hacıyevin başçılığı ilə şirkətə, şirkətin təsisçisinə, eləcə də şirkətə heç bir aidiyyatı olmayan şəxlərə qarşı həqiqətə uyğun olmayan uydurulmuş böhtan və şantaj xarakterli yazılar yazılmışdır.

Bununla əlaqədar olaraq bir daha bəyan edirik ki, Pərviz Aləm oğlu Hacıyev şirkətdə çalışdığı müddətdə şirkətə böyük məbləğdə ziyanın vurulmasına, mal-material varlığlarının talan edilməsinə, nəqliyyat vasitələrinin şirkətdən kənarlaşdırılmasına başçılıq etmiş və qanunsuz hərəkətləri törətməyə nail olmuşdur.

Onun etdiyi qeyri-qanuni hərəkətləri rəsmi surətdə diqqətinə çatdırılmış və şirkətə vurduğu ziyanın bərpa edilməsi ondan tələb edilmişdir. Lakin bütün bu çağırışlara - tələblərə əhəmiyyət verməmiş, müxtəlif uydurma bəhanələrlə yayındığına görə hüquq-mühafizə orqanlarına eləcə də məhkəmə orqanlarında mülki qaydada iddialar mübahisələndirilmişdir.

P. Hacıyev bu iddiaların, hüquq-müfafizə orqanlarında qanuni araşdırılmasına təsir etmək məqsədi ilə şirkətə heç bir aidiyyatı olmayan kənar şəxslərə uydurma böhtan və şantaj xarakterli yazılar dərc etdirməyə nail olur.

P. Hacıyevin ictimailəşdirdiyi yazılar uydurmadır, həqiqətə uyğun deyil və məqsədlidir. Onun niyyəti bu cür hərəkətləri ilə təsisçiyə təzyiq etməklə şirkətin mal varlığını mənimsəməkdədir.

Bir daha mətbuat vasitəsi ilə Pərviz Hacıyevi şirkətin qanuni tələblərinə əməl etməyə, bütün iddialarını araşdırmağa dəvət edirik.

Bütün mətbuat işçilərinə hörmətimizi, sayğımızı nəzərlərinə çatdırırıq və xahiş edirik ki, kiminsə cəmiyyətdə işgüzar nüfuzuna, şəxsi imicinə zərər gətirə biləcək məqsədli və həqiqətə uyğun olmayan yazıları dərc etməzdən öncə qarşı tərəfin də mövqeyi öyrənilsin.

Diqqətinizə görə təşəkkür edirik.

Hörmətlə, Abdullayev Elşən Zöhrab oğlu,
“Aqro İnvest və İstehsalat”
MMC-nin təsisçisi və direktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.