Sənədsiz evlərin sakinlərinə ŞAD XƏBƏR - ÜNVANLAR

24-12-2019, 10:32           
Sənədsiz evlərin sakinlərinə ŞAD XƏBƏR - ÜNVANLAR
İstismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədi ilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur.

Teref.az report-a istinadən xəbər verir ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.

Məlumatda deyilir ki, dekabrın 23-29-da 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.

Qeydiyyat kampaniyası dekabr 23-də D.Bünyadzadə küçəsi, 11D,
dekabr 24-də M.Seyidov küçəsi, 3149-cu məhəllə,
dekabrın 25-də Moskva prospekti, 3168-ci məhəllə,
dekabrın 26-da D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq.
Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında,
dekabrın 28-də Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində,
dekabrın 29-da isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.
Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir.Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru