Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik - Fotolar

24-12-2019, 20:28           
Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik - Fotolar
Bakı Nəqliyyat Agentliyinin Qaradağ rayonu Lökbatan qəsəbəsinə verdiyi yeni avtobuslarda Azərbaycan dilinin normalarına riayət olunmayıb.
"Yeni Sabah" xəbər verir ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tabloda orfoqrafiya qaydalarına əməl ediləyib.

"28 May” metrostansiyası–"Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə hərəkət edən müntəzəm marşrut xəttində avobusların elektron tablosunda qeyd olunan elanlarda "ə” hərifi yazılmayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizimyol.info-ya bildirib ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tablolar yeni sistemlə işləyirlər.

"Yeni sistemdir, texniki işlər tam yekunlaşmayıb. Qısa vaxtda tam normal qaydada işləyəcək”,-deyə Mais Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycan əlifbası 32 hərfdən ibarət latın qrafikalı əlifbadır. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru