“Bakcell” pulsuz verir, "Azercell" isə həm satır, həm də ələ salır

12-02-2020, 09:18           
“Bakcell” pulsuz verir, "Azercell" isə həm satır, həm də ələ salır
Azərbaycanın aparıcı mobil operatoru hesab edilən “Azercell”in 4G-yə keçidi narazılıq doğurub.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri “Azercell”in 4G şəbəkəsinin Bakının heç də hər yerində tutmadığını, 3G ilə müqayisədə daha zəif əhatə dairəsi olduğunu, hətta metroda fəaliyyətini tamamilə dayandırdığını bildirirlər. Halbuki 3G metroda aşağı sürətlə də olsa, fəaliyyət göstərirdi.

Narazılıq doğuran digər əsas məqam isə “Azercell”in 4G-yə keçid üçün abunəçilərinə yanaşmasıdır. Belə ki, “Bakcell” şirkəti öz abonentlərinə zəng edir, artıq 4G-yə keçidin başladığını bildirir və abunəçisinin olduğu ünvana kuryeri vasitəsilə həmin nömrənin 4G-ni dəstəkləyən dublikatını təmənnasız olaraq göndərir. Yəni abunəçi heç bir yerə getmir, heç bir ödəniş etmir, bu xidməti “Bakcell” öz abunəçisinə hədiyyə edir.

“Azercell”də isə bu proses sadəcə məşəqqətlidir. Bundan ötrü mütləq “Azercell”in müştəri xidmətlərinə yaxınlaşmalı, növbə tutmalı, xeyli vaxt itirməlisən və ən nəhayət, nömrənin 4G dublikatını üçün 3 manat 50 qəpik əlavə ödəniş etməlisən.

Bütün bunlar isə “Azercell” abunəçilərinin ciddi narazılığına səbəb olur və bu operatorun öz abonentlərinə hörmətsizliyi kimi qiymətləndirilir. Təsadüfi deyil ki, artıq “Azercell” abonentləri digər mobil operatorlara istiqamətləniblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.