Mingəçevirin icra başçısı "dağın başından" nə zaman düşəcək? - İlham İsmayılov "pokazuxalıq" edibmiş...

12-02-2020, 15:33           
Mingəçevirin icra başçısı "dağın başından" nə zaman düşəcək? - İlham İsmayılov "pokazuxalıq" edibmiş...
"Mingəçevirin icra başçısı İlham İsmayılovu bizi görən gözü yoxdur. Dəfələrlə qəbuluna düşməyə cəhd etsək də, bu, mümkün olmayıb. Cəmi bir dəfə müavini ilə görüşə bildik ki, o da bizə başçı ilə görüşdürəcyi haqda vəd versə də, axırda aradan çıxdı. İndi heç müavini də tapa bilmirik". Bu sözlər DİA.AZ-a ünvanlanan bir qrup şəhid ailəsinin müraciətində yer alıb.

Narazı vətəndaşlar müraciətlərində onu da bildirirlər ki, İlham İsmayılov ümumiyyətlə özü ilə camaat arasında məsafə saxlayır: "Yalandan internetdə şəkil paylaşdılar ki, Mingəçevirin icra başçısı o qədər sadə adamdır ki, hətta marketə də tək gedir. Amma real olanını biz bilirik. Başçı əslində bu şəkli də məqsədli çəkdirib internetdə yaydırmışdı. Çünki həmin vaxt Prezident yeni icra başçılarına "gedin xalqın arasına" çağırışını edirdi. Ona görə də İlham İsmayılov da "pokazuxalıq" edərək "yuxarıları" beləcə aldatdı".

Şikayətçilər dia.az-a müraciətlərinin sonunda bildirirlər ki, başçıdan Prezident Administrasiyasına müraciət etməyə hazırlaşırlar: "Başqa yolumuz qalmır. Qoy, cənab Prezident Mingəçevirə də normal başçı göndərsin..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru