Zaqatalada seçki saxtakarlığına dair 135 video ölkə rəhbərliyinə göndərildi

14-02-2020, 00:00           
Zaqatalada seçki saxtakarlığına dair 135 video ölkə rəhbərliyinə göndərildi
9 fevral növbədənkənarparlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına ünvanlanmış şikayətlərin təmin edilməsi seçki islahatlarına ümüdləri artırmaqdadır. MSK-nın son qərarı ilə bir neçə dairədə nəticələrin ləğv edilməsi, eləcə də bir sıra seçki dairələri üzrə araşdırmaların davam etdirilməsi nəticələrin obyüktivliyini təmin etməklə yanaşı, ədalətin bərqərar olunması baxımından da müstəsna əhəmiyyətə malikdir.

Ciddi araşdırmalara ehtiyac duyulan dairələrdən biri də 110 saylı Zaqatala seçki dairəsidir. Qeyd edək ki, Zaqatala seçkilərinin favoriti Fariz Həsənli olsa da və 9 minə yaxın səs yığsa da bu dairədən Elşən Musayev qalib elan edilib.

Xatırladaq ki, Elşən Musayev təbliğğat-təşviqat mərhələsində seçicilərin sualları qarşısında aciz qalaraq görüşdən qaçması ilə yadda qalmışdı.

İlkin nəticələrin elan olunmasından sonar isə Fariz Həsənlinin etirazına bu dairədən olan digər namizəd Nurlana Cəlil də qoşulmuşdu.

110 saylı Zaqatala seçki dairəsinin real fovoriti hesab edilən Fariz Həsənli son durumla bağlı fikirlərini bildirib. Sfera.az sosial şəbəkədə yer alan həmin fikirləri təqdim edir:

"Hörmətli Zaqatalalılar. Seçki günü Geridə olduğumuz bütün məntəqələrdə Çox ciddi qanun pozuntuları mövcud idi.

Həmən günü 2 səbəbə görə açıqlama etmədik.

1. Dairə, bizim öndə olduğumuz məntəqələrdə protokolların əsas nüsxələrinin yazılması üçün icazə vermirdi. Həmən protokollara görə Seçkidə qalib gədiyimiz təstiqlənsə idi Qalib olduğumuz dairələrdə protokollar korlanaraq məntəqələr ləğv ediləcəkdi. Bunun xəbərini almışdıq. Yekun protokolların MSK ya təqdim edildiyi vaxta qədər gözlədik.

2. Seçicilərimizin Dairənin qarşısına yığılaraq Mitinq keçirməsini istəmədik. (İnsanlar gəlirdi, Biz Haqqımızı başqa yollarla alacağımızı bildirdik.)

Dünəndən Etibarən Prezidentimizə, Vitse Prezidentimizə, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsmana Yazılı şəkildə müraciət etdik. 135 ədəd Video Materialı da sabah Hər birinə təqdim edəcəyik.

Müraciətimiz aşağıdakı bəndlər üzrədir.

Namizədliyə müraciət zamanı təzyiqlər

Təbliğat dönəmindəki İnsanlarla görüşümüzün əngəllənməsi, Xəyali qarayaxmalar.

Seçki günü məntəqə içindəki qanunsuzluqlar

Seçki günü Məntəqə kənarındakı qanunsuzluqlar”
sfera.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.