Şəmkirlilər yeni seçki tələb edir: - “Biz Sahibə Qafarovaya səs verməmişik”

17-02-2020, 17:42           
Şəmkirlilər yeni seçki tələb edir: - “Biz Sahibə Qafarovaya səs verməmişik”
Şəmkir şəhər sakinləri 98 saylı seçki dairəsindən Sahibə Qafarovanı seçmədiklərini bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə saytımıza videomateriallar daxil olub. Həmin videolarda şəmkirlilər toplu şəkildə yığışaraq prezidentə müraciətlər ünvanlayıblar: “Şəmkir şəhərinin 98 saylı Seçki dairəsində saxtakarlıqlar olub. Biz Sahibə Qafarovanı bu günə kimi görməmişik. Aidiyyəti orqanlardan xahiş edirik ki, deputatımız Elfaq Səfərov olsun. Sahibə Qafarova heç vaxt problemlərimizi həll etməyib”.
Şəmkirlilər sözügedən dairədə seçkilərin yenidən keçirilməsini istəyirlər.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin məlumata görə, 98 saylı Seçki dairəsindən lider namizəd S.Qafarovadır. Ancaq sosial şəbəkələrdə yayılan videogörüntülərdə sözügedən dairədə seçki zamanı bir çox qanun pozuntularına yol verildiyi görülür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru