Azərbaycanda dövriyyədə nə qədər nağd pul var?-MƏBLƏĞ

18-02-2020, 09:47           
Azərbaycanda dövriyyədə nə qədər nağd pul var?-MƏBLƏĞ
Ötən il dövriyyədədki nağd pul 1,9 milyard manat və ya 25% artaraq ilin sonunda 9,5 milyard manata çatıb.

2019-cu ildə pul təklifinin genişlənməsi monetar şəraitin neytrala yaxınlaşdırılmasında mühüm rol oynamışdır.

Fins.az-ın məlumatına görə, Mərkəzi Bankın Pul Siyasəti İcmalında bildirilir ki, il ərzində manatla pul bazası 27.3% artmış və dövrün sonuna 12.2 mlrd. manat təşkil etmişdir. Pul bazasının artımında xalis xarici aktivlərin (XXA) payı 26.3%, xalis daxili aktivlərin (XDA) payı isə 73.7% təşkil etmişdir.

İl ərzində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 24.4%, manatla müxbir hesabların qalığı isə 49.2% artmışdır.

2019-cu ildə manatla geniş pul kütləsi (M2) 24.5% artmış və dövrün sonuna 18.2 mlrd. manat təşkil etmişdir. M2 üzrə monetizasiya göstəricisi (pul kütləsinin ÜDM-ə nisbəti) ötən illə müqayisədə 4 faiz bəndi yüksəlmişdir.

Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirmişlər.

İl ərzində nağd pul kütləsi 25%, hüquqi şəxslərin manatla depozitləri 18.4%, fiziki şəxslərin manatla əmanətləri isə 31.5% artmışdır.

İl ərzində geniş mənada pul kütləsinin tərkibinə daxil olan manatla tələb olunanadək əmanət və depozitlər 26.2%, müddətli əmanət və depozitlər isə 19.9% (M2-də xüsusi çəkisi 15.6%) artmışdır

2019-cu ildə geniş pul kütləsi (M3) 20% artmış və dövrün sonuna 28.9 mlrd. manat təşkil etmişdir. M3 üzrə monetizasiya göstəricisi ötən illə müqayisədə 5 faiz bəndi yüksəlmişdir.

2019-cu ildə bank depozitlərinin dollarlaşma səviyyəsində azalma meyili davam etmişdir. Belə ki, il ərzində milli valyutada əmanət və depozitlər 24.1%, xarici valyutada isə 12.9% artmışdır. Xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi 2018-ci ilin sonunda 39.1% olduğu halda, 2019-cu ilin sonuna 36.8%-ə enmişdir. Xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 2018- ci ilin sonunda 57.2%-dən 2019-cu ilin sonuna 54.9%-ə enmişdir.

M0 = ödəniş vəsaiti kimi istifadə olunan pul kütləsinin ən likvid hissəsidir. Dövriyyədə olan
banknot və sikkələr.

M1 = M0 + manatla tələb olunanadək əmanət və depozitlər

M2 = M1 + manatla müddətli əmanət və depozitlər

M3 = M2 + sərbəst dönərli valyutada əmanət və depozitlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru