Sumqayıtda məktəb stadionunda "novostroyka" tikilir? - AÇIQLAMA (FOTO)

18-02-2020, 10:26           
Sumqayıtda məktəb stadionunda "novostroyka" tikilir? - AÇIQLAMA (FOTO)
Sosial şəbəkələrdə Sumqayıtda 4-cü mikrorayonda məktəb stadionunda hündürmərtəbəli bina tikiləcəyi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, artıq əraziyə texnika cəlb edilib və ölçmə-biçmə işləri aparılır. Sözügedən mikrorayonda 14 nömrəli orta ümumtəhsil məktəbi yerləşir və stadion da həmin təhsil müəssisəsinin idman qurğusu hesab edilir. Bu da vətəndaşların narazılığına səbəb olub.
Amma tikintini aparan şirkətin nümayəndələri tərəfindən vətəndaşlara stadion ərazisində 20 saylı məktəb üçün bina tikiləcəyi bildirilib. Sumqayıt şəhərində 20 saylı məktəbin mövcud olması isə vətəndaşlar arasında çaşqınlıq yaradıb.
Məsələ ilə bağlı Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə ilə əlaqə saxladıq. A. Alızadə Xeberle.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "14 saylı məktəbin yaxınlığında 20 saylı yeni məktəb binası tikilir. Sumqayıtda 20 saylı məktəb olub və general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya adı verilib. Bu səbəbdən də yeni tikiləcək məktəb 20 saylı məktəb olacaq".
Xədicə Səxavətqızı
Xeberle.com















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru