Etibar Pirverdiyev "Bandotdel"ə çağırıldı

19-12-2015, 09:29           

Bir neçə gün əvvəl "Azərenerji"nin prezidenti Etibar Pirverdiyev DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət edilib. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda iddia olunur ki, Etibar Pirverdiyevin sözügedən idarəyə dəvət edilməsi Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı" ilə əlaqədardır.

Məlumata görə, hazırda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev "kredit qalmaqalı" ilə bağlı bir neçə məmurun, o cümlədən Etibar Pirverdiyevin adını çəkib. Məlumatda deyilir ki, Etibar Pirverdiyev Cahangir Hacıyevin dediklərində həqiqət payının olub-olmamasını aydınlaşdırmaq məqsədilə çağırılıb. Etibar Pirverdiyevin məsələ ilə bağlı nə dediyi barədə dəqiq bilgimiz yoxdur.

Bircə o məlumdur ki, Cahangir Hacıyev bəzi yüksək məbləğli kreditləri hökumətdə mühüm post tutan bir neçə məmurun zəmanəti əsasında verdiyini deyib. Bildirilir ki, həmin məmurların da Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.