Hacıbala Abutalıbovun 30 qəpiklik tualetləri – FOTOLAR

20-12-2015, 13:45           

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt Bakıda yeni tualetlərin quraşdırılmasına başlayıb. Musavat.comxəbər verir ki, tualetlər əsasən metro stansiyalarının çıxışlarında və parklarda yerləşdirilir.Hazırda “Neftçilər”, “Qara Qarayev” metrostansiyalarının çıxışlarında tualetlər quraşdırılıb. Sahil bağında da bir müddət əvvəl belə tualetlər quraşdırılıb.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metro stansiyalardakı tualetlər ictimai istifadəyə bağlanmışdı. İndi BŞİH tərəfindən metro stansiyalarının yaxınlığına yeni tualetlər quraşdırılır.
Qeyd edək ki, bu tualetlərdən istifadə haqqı 30 qəpikdir.
Xalq arasında isə bu tualetlərə “Hacıbalanın tualetləri” deyirlər.
Hacıbala Abutalıbovun 30 qəpiklik tualetləri – FOTOLAR













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.