Əliağa Hüseynovla bağlı ŞOK İDDİA - General-leytenanta Salyan adından danışmaq qadağan edildi
21-12-2015, 21:24
Keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant Əliağa Hüseynovla bağlı redaksiyamıza şok iddiaların yer aldığı informasiya daxil olub.
DİA.AZ-a yazan bir qrup Salyan rayon sakini bildirir ki, general-leytenantın hər yerdə özünü Salyanın ağsaqqalı kimi təqdim etməsi, bu ad altında pərdələnməyə çalışması onlarda ikrah hissi oyadır. Çünki bunun səbəbləri var.
Bu barədə dia.az-a yazılan şok ittihamlarla dolu materialda bildirilir: "Əliağa Hüseynov hər addımbaşı bildirir ki, Salyanın ağsaqqalıdır. Biz də belə bir mərtəbədə olan, rayonun dərdini-sərini danışan ağsaqqalın olmasından sevinərdik. Amma səlində belə deyil. Əliağa Hüseynov, əgər bu faktlarla tanış olsanız, görərsiniz ki, heç doğulduğu kəndin belə ağsaqqalı ola bilməz. Çünki..."
Qəzəbli sakinlər bildirir ki, hər həftə Salyana ən azından 2-3 dəfə səfər edən Əliağa Hüseynov Salyana girişdəki körpünün sağ tərəfində yerləşən evlərinin birində eyş-işrət məclisi təşkil edir. Sakinlər yazır: "Əliağa Hüseynov "Vaqulya" ləqəbli dostu Vaqiflə birgə həftədə 3 dəfə eyş-işrət məclisi təşkil edir, əylənir. Belə ağsaqqalmı olar? ona Salyanın adından danışmağı qadağan etmək lazımdır. Bütün rayon camaatı həmin evdə hansı oyunlardan çıxdığını yaxşı bilir".
Onu da qeyd edək ki, redaksiyamıza müraciət edən sakinlər iddialarını sübut edən bir neçə fotoşəkil və əlavə faktları da təqdim ediblər. Bu barədə az sonra... Bizi izləməkdə davam edin...
Qarşı tərəfi də dinləməyə hazırıq...