Bakıda telefonların qiyməti qalxdı - 500 manat

21-12-2015, 21:30           
Bakıda telefonların qiyməti qalxdı - 500 manat
Manatın 48 faizlik devalvasiyası telefonların qiymətinin kəskin artmasına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “İrşad Electronics” də əvvəllər 900 manata satılan İphone 6S16 gb telefonu indi 1349 manat olub. İphone 6s 64 gb isə 1499 manatdır. Samsung S6 edge növünə görə 800-900 manat arası olsa da, indi isə qiymətlər 1199- 1499 manat arasında dəyişir. Samsung Note 5 899 manat idisə, indi 1399 manatdır. Samsung Galaxy S6-ın qiyməti isə 699 manatdan 1049 manata qalxıb.

Qeyd edək ki, ölkənin tanınmış telefon şirlkətlərindan olan World telecom, İntegral Plus, NLT Telecom qiymət yenilənməsi ilə əlaqədar saytlarını bağlayıblar. Yalnız “İrşad Electronics” yeni qiymətlərin alıcılara təqdim edib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.