Bakının "Madonnası" narazılıq yaradır...
21-12-2015, 21:57
"Çox güman ki,axtarışda olan oğru çox mahir oğru və cinayətkardır ki, onun haqqında ölçü götürmürlər"
Bolgexeber.TV-yə müraciət edən Aynurə Quliyeva mobil telefonunun “Madonna” şadlıq sarayında oğurlanmasını bildirir. O şadlıq sarayının rəhbərliyindən və hüquq-mühafizə məsələyə laqeyd qalmasından , cinayətəkarın isə cəzalanmamasından şikayət edir.Həmin müraciəti olduğu kimi təqdim edir:
”Yazıb sizə məlum edirəm ki, mən Quliyeva Aynurə 07.X.2015-ci ildə Nizami rayonunda yerləşən “Madonna” şadlıq sarayında toy məclisində olmuşam. Həmin toyda mənim Samsunq S 6 markalı telefonum naməlum şəxslər tərəfindən oğurlandı. Şadlıq sarayının administratoruna , rəhbərliyinə müraciət etdim. Çox təəsüf ki, üstümüzə qışqırıb ədəbsiz sözlərlə bizi təhqir etdilər. Güvənlik kameralarının işləmədiyini bildirən müdiriyyət dedi ki, biz cavabdeh deyilik. Kimə istəyirsiniz şikayət edin. Heç kimdən də qorxmuruq, adamımız var hər yerdə. Mən deyəndə ki, polis orqanlarına müraciət edəcəm. İstehzayla güldü ki, get şikayətini lap baş prokurorluğa et. Həmin an gəldik, Nizami rayon 25-ci polis bölməsinə. Ərizəmizi yazdıq, telefonun bütün sənədlərini gətirdik. Bizi arxayın etdilər ki, narahat olmayın telefonunuz tapılan kimi xəbər edəcəyik. Hörmətli redaksiya, elə o gün bu gün, biz get-gəldən yorulmuşuq. Neçə gün əvvəl dedilər ki, oğru tapılıb, işi bu yaxınlarda bağlayacayıq. Sonra bir başqa söz dedilər ki, işi təhvil vermişik, Nizami rayonu polis şöbəsində Orxan müəllimə. Orda da 1 aydan sonra nəhayət bu Orxan müəllimlə əlaqə saxladıq. Bizə dedi ki, bura gəlməyin. Biz işi göndərmişik , Sabunçu rayona. Oğru orda saxlanılıb. Orda təhqiqatçı Elşən müəllim var , işə o baxacaq. Yenə günlər keçdi, əlaqə saxladım bizə elə tərzdə cavab verdiki, nə istəyirsiz, tapılıbsa da sizin telefon seyfdədir, oğru da Kürdəxanıdadır. Telefonunuzu da vermirəm. Və beləcə oğru bir yanda qaldı , bu haqsız polis əməkdaşları bizi get-gələ salmaqla bizdən nə istədiiklərini bilmirik. Çox güman ki,axtarışda olan oğru çox mahir oğru və cinayətkardır ki, onun haqqında ölçü götürmürlər. Ölkəmizin hüquqları, insanların haqları tapdanır, vəzifəsindən sui-istifadə edən məmurlar , polis rəisi, təhqiqatçılar, nə də prokuror mənim şikayətimə baxmır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik edəsiniz”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.