Mühüm TƏKLİF: “Ev sahibləri kirayənişlərə güzəşt etsin!”

22-03-2020, 12:57           
Mühüm TƏKLİF: “Ev sahibləri kirayənişlərə güzəşt etsin!”
“Virusun qarşısını almaq üçün xidməti sahələrdə işlər müvəqqəti dayandırılıb. Bu sahədə çalışanların əksəriyyəti kirayədə qalır. Ev sahibləri onları nəzərə almalıdırlar”



“Bu gün gündəlik dolanışıqlarını fəhləlikdən, xidmət sahələrindən çıxaran insanları diqqətdə saxlamaq lazımdır. Koronavirusun fəsadları bu sahədə işləyən insanlara da dəyir”.
Bu sözləri “Sherg.az”a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
Onun sözlərinə görə, nəzərə alaq ki,onların qazancları gündəlik formalaşır:
“Demək olar ki, virusun qarşısını almaq üçün bu sahələrdə işlər müvəqqəti olaraq dayandırılıb. Xidmət sahələrin çalışanların əksəriyyəti kirayədə qalırlar. Ev sahibləri onları nəzərə almalıdırlar. Buna insanlıq nöqteyi-nəzərindən yanaşmaq lazımdır.
Dövlət virusdan xalqımızı qorunması üçün maksimum imkanlarını səfərbər edib. Fond yaradılıb və şirkətlər dəstək verirlər. İş adamları bu prosesdə fəallıq göstərməlidirlər. Xüsusilə , aztəminatlı ailələri diqqətdə saxlamaq vacibdir. Hazırda kişilik, mərdlik, insanlıq göstərmək zamanıdır. Pis günün ömrü az olur. Yaxşı məsəl var: "El bir olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən sındırar"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru