Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq

25-03-2020, 00:00           
Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq
“Mart ayınının sonunadək, təqribən bir həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq”.

Teref.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır. Son bir ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, deyə İ. Məmmədov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru