Maska istehsalı üçün kimyəvi iplər idxal gömrük rüsumundan azad edilib
26-03-2020, 08:33
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
APA-nın məlumatına görə, qərara əsasən, tibbi maskaların istehsalında istifadə edilən səthi sıxlığı 25 q / m2-dən çox, lakin 70 q / m2-dən çox olmayan kimyəvi iplər və səthi sıxlığı 70 q / m2-dən çox, lakin 150 q / m2-dən çox olmayan kimyəvi iplər 15 faiz idxal gömrük rüsumundan azad edilib.